EN

"Sabah" Namik Ələskərovla yollarını ayırdı

“Sabah” Namik Ələskərovla yollarını ayırıb.

Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

Namik 2022-ci ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, komandamızın heyətində 83 (7) oyun keçirib. Namik “Sabah”da Premyer Liqanın gümüş medallarını qazanıb, Azərbaycan Kubokunun qalibi olub.

Chosen
7
9
operativmedia.az

10Sources