EN

“Sabah”dan müqaviləsi başa çatan Namik Ələskərovla bağlı qərar

style='margin-bottom:10px;'>

“Sabah” futbolçusu Namik Ələskərovla yollarını ayırıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

Namik 2022-ci ildən “Sabah”ın formasını geyinirdi. O, komandanın heyətində 83 (7) oyun keçirib. Namik “Sabah”da Premyer Liqanın gümüş medallarını qazanıb, Azərbaycan kubokunun qalibi olub.

Paytaxt təmsilçisi Namik Ələskərova xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, "Sabah" bunadək Şakir Seyidov, Vasili Berezutski (baş məşqçi) və Con İrasaballa da vidalaşmışdı.

Chosen
5
1
teleqraf.com

10Sources