“Sabah” futbolçusu Namik Ələskərovla yollarını ayırıb.
Futbolpress.az xəbər verir ki, Yarımmüdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.
Namik 2022-ci ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, komandanın heyətində 83 (7) oyun keçirib. Namik “Sabah”da Premyer Liqanın gümüş medallarını qazanıb, Azərbaycan Kubokunun qalibi olub.
Namiklə yolların ayrılacağını öncədən yazmışdıq.