EN

Ervin Koffi də “Neftçi”yə lazım olmadı

2025/2026-cı illər üçün yeni heyət formalaşdırmağa çalışan “Neftçi” klubu fransalı müdafiəçisi Ervin Koffi ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

Müdafiəçinin başa çatmış müqaviləsinin müddəti uzadılmayıb. Klub fransalı futbolçuya gələcək karyerasında uğurlar arzulayıb.

Ervin Koffi 2023-cü ilin yayından “Neftçi”nin uğurları üçün çalışırdı. O, paytaxt təmsilçisinin heyətində 75 rəsmi oyuna çıxıb, 3 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub.

Koffi daha öncə “Po”, “Anortosis”, “Loryan”, “Olimpiakos” (Nikosiya) və “Şatoru” kimi klubların da uğurları üçün çalışıb.

“Neftçi” bu yay Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev, Höccət Haqverdi, Rüstəm Samiqullin, Robert Bauer, Rafael Quzzo, Həbib İsmayılov, Dembo Darbo və Filip Ozobiçlə də yollarını ayırmışdı. Gedənlərin əvəzində paytaxt klubu Sessi D’Almeydanı transfer edib.

Chosen
19
arena.az

1Sources