EN

Lamin Yamal daha bir əməlinə görə tənqid edildi

“Real”ın və İspaniya yığmasının keçmiş yarımmüdafiəçisi Quti “Barselona”nın 17 yaşlı ulduz hücumçusu Lamin Yamalı tənqid edib.

Arena.az “Sport Bible” dərgisinə istinadən məlumat verir ki, Quti, Yamalın İspaniya yığmasının mətbuat toplantısına başına tərsinə qoyulmuş kepkada gəlib ədabazcasına oturmasını nalayiq, sayğısız davaranış olaraq qiymətləndirib:

“Siz Yamalın nə etdiyini hamınız gördünüz? Bu, mənə xoş gəlmir. O, İspaniya yığmasını təmsil edir. Əgər sən kepkanı dal-qabaq qoymaq istəyirsənsə, bunu haradsa İbitsada et, İspaniya yığmasında, mətbuat toplantısında yox. Bu, hörmətsizlikdir. Onun yanında, bunun düzgün olmadığını deməsi gərək olan adamlar olmalı idilər”, deyə Quti qeyzlə vurğulayıb.

Xatırladaq ki, 2025-ci il UEFA Millətlər Liqasının Portuqaliya və İspaniya yığmaları arasındakı final oyunundan (2:2, penaltilərlə 5:3) sonra, fəxri dəhlizdən keçərkən Yamal rəqibin kapitanı, 40 yaşlı portuqal ulduz hücumçu Kristiano Ronaldonun uzatdığı əlinə, üzünü yana çevirərək, saymazyana əl uzadıb ötməsi ilə diqqət çəkmişdi. Yeniyetmə futolçunun müvafiq davranışı Yamalın ünvanıa tənqid seli ilə müşayiət edilmişdi.

Əlavə edək ki, son vaxtlar Yamalın adı xoşagəlməz hadisələrdə hallanır və yeniyetmə futbolçunun davranışlarında ədabazlıq, yekəxanalıq sezilir.

Məsələn, daha əvvəl Yamal sosial şəbəkələrdə, həmçinin yığma komandanın oyununda şortunu aşağı – qasığına çəkməsi ilə diqqət çəkərək, tənqid edilmişdi. Üstəlik, bir qədər əvvəl yeniyetmə ulduzn adı porno aktrisa Klaudia Bavelə “girişməkdə” hallanıb.

Chosen
96
50
arena.az

10Sources