BAKI, 24 iyun. TELEQRAF
"Real Madrid"in fransalı hücumçusu Kilian Mbappe xəstəxanaya yerləşdirilməsinə səbəb olan kəskin qastroenteritdən 4-5 kq arıqlayıb.
Teleqrafxəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Ulduz futbolçu iyunun 19-da xəstəxanaya yerləşdirilmişdi. O, Klublararası Dünya Çempionatının “Əl-Hilal”la oyunu ərəfəsində özünü pis hiss edib. Futbolçunun yalnız meyvə yediyi və su içdiyi vurğulanır.
Mbappe xəstəliyi səbəbindən dünya çempionatının qrup mərhələsinin 2 oyununu buraxıb. İyunun 27-də keçiriləcək 3-cü turda "Zaltsburq"a qarşı oynayıb-oynamayacağı isə dəqiqləşməyib.