Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.
Qəza Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Hyundai Elantra” markalı minik avtomobili traktora çırpılıb.
Nəticədə minik avtomobilində olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
