Xərçənglə mübarizə aparan məşhur müğənni Cessi Cey əməliyyat olunub.
News24.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında bildiriıb.
Sənətçi əməliyyat otağında çəkilən fotolarını öz izləyiciləri ilə bölüşüb.
O yaşadığı müalicə dövrünün çətin keçdiyini bildirib.
Müğənni bir müddət əvvəl mətbuata süd vəzi xərçəngindən əziyyət çəkdiyini açıqlamışdı.
Xatırladaq ki, Cessi Ceyin 2019-cu ildə "Formula-1" Qran-Prisi çərçivəsində Bakıda solo konserti baş tutub. O Azərbaycana 32 nəfərlik heyətlə gəlmişdi./Baku.ws