"Neftçi"nin yeni müqavilə bağlamadığı Ervin Koffi karyerasını ölkəsində davam etdirəcək.
"Football-plus.az" xəbər verir ki, fransalı futbolçu "Genqam"la anlaşıb.
30 yaşlı sağ cinah müdafiəçisi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, 2023-cü ilin yayından "Neftçi"də çıxış edən Ervin Koffi 75 oyunda 3 dəfə fərqlənib.