EN

Tudor bizi dəyişdi Yuventus un qapıçısı

Fanat saytından alınan məlumata görə, ain.az bildirir.

Klublararası dünya çempionatının qrup mərhələsinin 3-cü turunda "Mançester Siti" ilə üz-üzə gələcək "Yuventus"un qapıçısı Mikele Di Qreqorio yeni baş məşqçi İqor Tudorun komandada nəyi dəyişdiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini tanınmış jurnalist və insayder Nikolo Skira şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

"Tudor bizi dəyişdi. O, belə desəm, komandanın kökdən düşən simlərini emosional toxunuşlarla köklədi. İki ağır məğlubiyyət aldıq və ayağa qalxmaq asan olmadı. Amma Tudor bunu bacardı. Məşqçi bizdən çox sürətli, aqressiv və intensiv olmağımızı istədi".

Xatırladaq ki, G qrupunda yer alan "Yuventus" ilk iki oyunda "Vidad" və "Əl-Əyn" üzərində qələbələr qazanaraq lider mövqeyinə yüksəlib. Tudorun komandası iyunun 26-da "Mançester Siti" ilə qarşılaşacaq.

Nihat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
fanat.az

1Sources