EN

İranın hava məkanı reyslər üçün açıldı

İranın hava məkanı Tehrana beynəlxalq uçuşlar üçün açıqdır.


Manset.az Report-a istinadən xəbər verir ki, bunu “Flightradar24” xidməti təsdiqləyib.

"İranın hava məkanı indi əvvəlcədən icazə verildiyi təqdirdə Tehrana beynəlxalq gəliş və gedişlər üçün açıqdır", - xidmətin “X” sosial şəbəkəsində bildirilir.

Daha əvvəl İran hakimiyyəti hava məkanının İsrailin zərbələrinin fonunda hava məkanının bağlanmasını elan edib və bu qərar bir neçə dəfə uzadılıb.

Chosen
26
14
manset.az

10Sources