EN

Xızıda İnfiniti aşdı: sürücü öldü

Axar.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Xızıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

Baş Dövlət Yol Polisi İdarəsindən Axar.az-a verilən məlumata görə, hadisə Məşədi Həsən qəsəbəsi yaxınlığında qeydə alınıb.

Bakı istiqamətində hərəkətdə olan 90-HH-960 dövlət nömrə nişanlı, “Infiniti” markalı avtomobil yoldan çıxaraq aşıb, nəticədə sürücü hadisə yerində ölüb.

Məlumata görə qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
11
8
axar.az

9Sources