EN

"Milan"ın 17 yaşlı rekordçusu iş yerini dəyişmək üzrədir - SON DURUM

"Milan"ın 17 yaşlı hücumçusu Françekso Kamarda karyerasını digər İtaliya klubunda davam etdirəcək.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Məlumata görə, "Leççe" artıq gənc forvardın transferini tamamlamaq üzrədir. Mənbə "rossonerlər"in müqaviləyə Kamardanı geri almaqla bağlı xüsusi bənd salacaqlarını da diqqətə çatdırıb.

Qeyd edək ki, Françesko A Seriyası tarixində meydana ən gənc yaşda çıxmış futbolçudur. O, elitada 15 yaş 260 günlüyündə debüt edib.

Nihat

Chosen
4
1
fanat.az

2Sources