EN

Bu ölkələrdən gələn turistlər azalıb -

“Bu gün bütün dünyada baş verən siyasi qalmaqallar, iğtişaşlar, eləcə də bir çox ölkələrdə olan müharibələr qlobal turizm marşrutlarına ciddi təsir göstərir”. Bunu Metbuat.az-a açıqlamasında turizm eksperti Rəhman Quliyev söyləyib. O bildirib ki, müharibə gedən ölkələrdə sosial rifahın aşağı düşməsi həmin ölkə vətəndaşlarının turistik qabiliyyətini də zəiflədir: “Hesab edirəm ki, Yaxın Şərqdə baş verən son olaylar, Pakistan-Hindistan arasındakı gərginlik, eləcə də Rusiya ilə Ukrayna arasında davam edən müharibə bu baxımdan mühüm rol oynayır. Bütün bu hadisələr Avropadan Asiyaya gediş-gəliş hava məkanında böyük problemlər yaradıb. Son vaxtlar Hindistandan və İsraildən ölkəmizə gələn turistlərin sayında azalma müşahidə olunur”.

Sevinc İbrahimzadə / Metbuat.az

Chosen
33
1
metbuat.az

10Sources