Xızıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.
Baş Dövlət Yol Polisi İdarəsindən Publika.az-a verilən məlumata görə, hadisə Məşədi Həsən qəsəbəsi yaxınlığında qeydə alınıb.
Bakı istiqamətində hərəkətdə olan 90-HH-960 dövlət nömrə nişanlı, “Infinity” markalı avtomobil yoldan çıxaraq aşıb, nəticədə sürücü hadisə yerində ölüb.
Məlumata görə qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub.