EN

“Milan”ın idman direktoru: Modriç bizim əsas oyunçuya çevrilə bilər

BAKI, 25 iyun. TELEQRAF

"Luka Modriçi dəvət etməyə hazırıq, bizə yeni liderlər lazımdır”.

Teleqraf xəbər verir ki, bunu İtaliyanın "Milan" klubunun idman direktoru İqli Tare deyib.

Onun sözlərinə görə, klubu "Real Madrid"dən ayrılan 39 yaşlı xorvatiyalı yarımmüdafiəçi Luka Modriçin mümkün transferində maraqlıdır: “Modriç bizim üçün əsas oyunçuya çevrilə bilər. Onun rəqabətədavamlı olmaq və titullar qazanmaq tələbi var. Biz bunun üzərində işləyirik".

Chosen
13
teleqraf.com

1Sources