“Prezident İlham Əliyev ölkəmizin bütün regionlarının inkişafı məsələlərini şəxsi nəzarətində saxlayır. Bölgələrin inkişafına dair dövlət başçısının geniş quruculuq və bərpa işlərinə dair ardıcıl tapşırıqlar verməsi, qərarlar qəbul etməsi buna sübutdur. Azərbaycan Prezidentinin təkcə işğaldan azad olunmuş ərazilər deyil, ölkənin digər bölgələrinə də ardıcıl səfərlər etməsi bütün şəhər, rayon və kəndlərdə geniş quruculuq işlərinin davam etdirilməsinin göstəricisidir”.
Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, hazırda Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması prioritet təşkil etsə də, digər bölgələrdə də dinamik inkişaf davam edir:
"Cənab Prezident İlham Əliyevin respublikanın müxtəlif bölgələrinə səfərləri bir qayda olaraq mühüm yeniliklər, açılışlar və həmin bölgələrin inkişafına daha yüksək sürət verən amillərlə yadda qalır. Dövlətimizin başçısı hər səfər çərçivəsində yeni istehsal müəssisələrinin, iqtisadi və sosial təyinalı infrastruktur obyektlərinin açılış və təməlqoyma mərasimlərinə qatılaraq regionların inkişafı strategiyasına yeni bir səhifə qazandırır. Bu cəhətdən cənab Prezident İlham Əliyevin regionlara son səfəri də istisnalıq təşkil etməyib. Bunu nümunə kimi dövlət başçısının Yevlax və Goranboya, eləcə də Mingəçevirə səfəri, bu səfər zamanı reallaşdırılan açılışlar təsdiqləyir."
Millət vəkilinin sözlərinə görə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsləri və səyləri sayəsində dünyaya xüsusi bir inkişaf modeli təqdim edir: