Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Niderlandda keçiriləcək NATO sammiti zamanı Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşməyi planlaşdırır.
Axar.az xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən Ağ Ev rəsmisi “Politiko”ya bildirib.
Qeyd olunur ki , görüş Şimali Atlantika Alyansının sammiti ilə paralel olaraq çərşənbə günü baş tuta bilər.
Nəşr bildirir ki, Ukrayna prezidenti Trampla G7 sammitində görüşmək istəyib, lakin Amerika lideri tədbiri erkən tərk edib. Onların sonuncu şəxsi görüşü aprel ayında Vatikanda Papa Fransisklə vida mərasimində baş tutub.
Qeyd edək ki, Tramp NATO sammiti üçün Haaqada səfərdədir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.