EN

Ağır yol qəzası oldu, ölən və xəsarət alanlar var

Türkiyədə ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası olub.

Bu barədə Avtosfer.az yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, hadisə Sivasda qeydə alınıb. Mikroavtobusla əks istiqamətdən gələn minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər ölüb, daha 8 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili yardım, jandarm, polis əməkdaşları, xilasedicilər cəlb edilib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Məlumata görə, mikroavtobusun sürücüsü qəzadan sonra hadisə yerindən qaçıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Chosen
1
4
avtosfer.az

10Sources