EN

Erməni deputatın Rusiyaya girişi qadağan edildi

 

Ermənistan parlamentinin hakim “Vətəndaş sazişi” fraksiyasının deputatı Xaçatur Sukiasyana Rusiya Federasiyasına giriş qadağan olunub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı 24news nəşri yayıb.

Məlumatda qadağanın səbəbləri dəqiq göstərilmir. Lakin hadisə xüsusilə maraq doğurur, çünki bu məlumat “Alrosa” şirkətindən almaz oğurluğu və onların Sukiasyanla əlaqəli şirkətə çatdırılması ilə bağlı xəbərlərin fonunda yayılıb.


Bizim.Media

Chosen
4
17
bizim.media

10Sources