EN

Bayern Münhen in baş məşqçisi Benfika ya məğlubiyyəti belə şərh etdi

ain.az, Fanat portalına istinadən məlumat yayır.

Klublararası dünta çempionatının qrup mərhələsinin 3-cü turunda Portuqaliyanın "Benfika" komandasına uduzan (0:1) "Bayern Münhen"in baş məşqçisi Vensan Kompani yenilgini şərh edib.

Fanat.Az DAZN-a istinadən xəbər verir ki, məğlubiyyətə rəğmən, 6 xalla qrup ikincisi qismində 1/8 finala yüksələn Almaniya nəhənginin çalışdırıcısı belə danışıb: 

"İlk yarı uğursuz alındı. Hava şəraiti üzündən oyun istədiyimiz kimi getmirdi. İkinci hissədə çox sayda qol imkanımız olsa da, fürsətləri boşa verdik. Futbol belədir. Gərək şanslarından ustifadə edəsən. 

1/8 finalda "Flamenqo", yoxsa "Çelsi"? İstənilən halda, bu, çətin oyun olacaq. Biz yaxşı hazırlaşmalı, qol epizodlarından faydalanmalıyıq".

Nihat

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
173
13
fanat.az

10Sources