Bu ilin yanvarında "Qarabağ"dan Braziliyanın "Flamenqo" komandasına transfer olunan Juninyo ABŞ-da keçirilən klublararası dünya çempionatında debüt edib.
Offsideplus.az xəbər verir ki, 28 yaşlı hücumçu "Los Anceles"ə qarşı görüşün 82-ci dəqiqəsində meydançaya daxil olub.
Maraqlıdır ki, bundan 2 dəqiqə sonra rəqib hesabı açıb. Daha 2 dəqiqə keçmiş isə "Flamenqo" cavab qolunu vurub.
Nəticədə braziliyalılar qrup qalibi qismində 1/8 finala yüksəliblər. Qrupun digər görüşündə qələbəyə sevinən "Çelsi" də mübarizəni davam etdirəcək.
D qrupu
"Esperanse" - "Çelsi" 0:3
"Los Anceles" - "Flamenqo" 1:1
O Q H M T X
1. "Flamenqo" 3 2 1 0 6-2 7
2. "Çelsi" 3 2 0 1 6-3 6
3. "Esperanse" 3 1 0 2 1-5 2
4. "Los Anceles" 3 0 1 2 1-4 1