"Qarabağ" komandası Qarabağa səfər çərçivəsində ilk olaraq Şuşa şəhərində olub.
QOL.az xəbər verir ki, Ağdam klubunun üzvləri Şuşada 1 nömrəli məktəbi ziyarət edərək orada təhsil alan şagirdlərlə görüşüblər.
Şagirdlər "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla və futbolçularla xatirə şəkli çəkdiriblər. Tədbirin sonunda 1 nömrəli məktəbin rəhbərliyi tərəfindən "Qarabağ"a, Ağdam klubunun rəhbərliyi tərəfindən isə məktəb rəhbərliyinə xatirə hədiyyəsi təqdim olunub.