Yasamal rayonu, Bakı Kənar Dairəvi yolda yol-nəqliyyat hadisəsi baş verib.
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Qəza səbəbindən “Biləcəri” dairəsi istiqamətində sıxlıq yaranıb. Nəqliyyat vasitələrinin sərbəst hərəkətini təmin etmək üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.