Qərbi Azərbaycana qayıdış mütləq baş tutacaq, bunun qarşısını heç bir qüvvə ala bilməz.
Operativ Media xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli "Mirasa Sahiblik: Qayıdış konsepsiyasının təbliğində müəllimlərin rolu” adlı tədbirdə deyib.
"Biz tarixi və milli ənənələrə malik gənc nəsil yetişdiririk. Əks halda nə millətə, nə Vətənə xeyir gələr. Belə bir gəncliyin formalaşmasında gənc müəllimlərin rolu böyükdür", - o, qeyd edib.