“İnter”in hücumçusu Mehdi Taremi İranın paytaxtını tərk edə bilib.
İdmanxeber.az-ın məlumatına görə, 32 yaşlı oyunçu 1000 km-dən çox yol qət edərək ailəsinin yanına gəlib. O, hazırda fərdi proqram üzrə təkbaşına məşq edir.
“İnter” klublararası dünya çempionatı üçün ABŞ-dadır. İsrailin hücumları fonunda İranın hava məkanının bağlı olması səbəbindən Taremi turnirə gedə bilməyib.