EN

Azərbaycan millisi Berlində toplanışa başladı

Cüdo üzrə gənclərdən ibarət Azərbaycan millisi Almaniyanın paytaxtı Berlində keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb.

Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan toplanışda cüdoçularımıza gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edirlər.

Təlim-məşq toplanışı gənclər arasında keçiriləcək Avropa Kuboku və Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

Chosen
1
7
fanat.az

10Sources