EN

“Pop Kralı”nın ölüm günüdür...

Bu gün dünya musiqisinin tanınmış simalarından olan, “Popun Kralı” Maykl Ceksonun vəfatından 16 il ötür.

 

Sfera.az xəbər verir ki, Cekson 2009-cu ilin 25 iyun tarixində Los-Ancelesdəki evində həyatını itirib. Rəsmi məlumata görə, 50 yaşlı sənətçi ürək dayanması nəticəsində vəfat edib. Ölümün səbəbi isə şəxsi həkimi Konrad Mürreyin yüksək dozalı güclü dərman vurması olub.

 

Məhkəmə qərarı ilə Mürrey səhlənkarlıqla adam öldürmədə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib. Lakin bu ölüm illərdir mübahisə və suallarla yadda qalıb. Maykl Ceksonun qəfil ölümü milyonlarla pərəstişkarı və araşdırmaçılar arasında fərqli nəzəriyyələrin yaranmasına səbəb olub.

 

Bəzi iddialara görə, sənətçi əslində ölməyib və diqqət mərkəzindən uzaq yaşamağı seçib. İnternetdə yayılan görüntülərdə onun ölümündən sonra bənzər görkəmdə bir şəxsin maşından endiyi və ya müxtəlif ölkələrdə göründüyü iddia edilib. Digər bir versiyaya əsasən, onun ölümü ilə bağlı “planlı sui-qəsd” iddiaları bu gün də aktualdır.

 

Bəzi sənədli filmlər və araşdırmaçı jurnalistlər də bu versiyanı dəstəkləyən detalları gündəmə gətiriblər. Maykl Cekson yalnız musiqi tarixində deyil, bütün dünya mədəniyyətində silinməz iz qoyub. “Thriller”, “Billie Jean”, “Beat It” və daha onlarla hit mahnısı hələ də dinlənilir, onun rəqs tərzi isə gənc nəslə ilham verir. Onun həyatı əfsanə, ölümü isə sirr olaraq qalır...

 

Fidan Hacızadə

Sfera.az

 

Chosen
4
1
sfera.az

2Sources