Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəni davam etdirir.
Herbiand.az Ukrayna mənbələrinə istinadən xəbər verir ki, ötən gecə Xarkov, Kupyansk və Zaporojyeyə həmlələr olub.
Xarkov hərbi administrasiya rəhbəri Oleq Sinegubov şəhərə azı 7 zərbə endirildiyini bildirib. Həlak olanlar və zərbələrin nəticələri barədə məlumat dəqiqləşdirilir.
Hərbi administrasiya rəhbəri Kupyanskda idarə olunan aviabombalarla zərbə endirilməsi barədə də məlumat verib. "9 mərtəbəli yaşayış binasına ziyan dəyib. 5 mülki şəxs xəsarət alıb. Onlara bütün lazımi tibbi yardım göstərilir".
Bundan əlavə, ruslar Zaporojyaya raketlərlə hücum ediblər, nəticədə 9 yaşayış binası, yardımçı tikililər və avtomobillər zədələnib.
Zaporojya hərbi administrasiya rəhbəri İvan Fedorovun məlumatına görə, şəhərə dörd zərbə endirilib, iki nəfər yaralanıb - 31 və 35 yaşlı kişilər, onlardan birinin vəziyyəti orta ağır olaraq xəstəxanaya yerləşdirilib.