EN

Bu yoldan sola dönəndə diqqətli olun: Kamera ilə 100 manat cərimə yazılır FOTO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakıda daha bir küçədə qayda pozan sürücülər kamera vasitəsilə məsuliyyətə cəlb edilir. Avtosfer.az xəbər verir ki, paytaxtın Teymur Elçin küçəsindən sola - Lermontov küçəsinə (Nazirlər Kabineti istiqamətinə) dönən sürücülər qırıq xəttə çatmamış qoşa xəttin üzərindən manevr edirlər. Bu isə qayda pozuntusu hesab edilir. Əvvəllər ərazidə xidmət aparan yol polisi əməkdaşları sürücüləri məsuliyyətə cəlb edirdilər. Lakin indi ərazidəki kameralar işə salınaraq elektron qərarlar tərtib olunur.

Sürücülərə tövsiyə edirik ki, manevri qırıq xəttin üzərindən həyata keçirsinlər. Əks halda onların barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 100 manat məbləğində cərimə tətbiq olunacaq.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
1
1
avtosfer.az

2Sources