Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Silahlı Qüvvələr Günü və qeyri-iş günləri (26-29 iyun) ilə əlaqədar bütün avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq.
Bu barədə "APA-Economics"ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, biletlərin onlayn qaydada və kassalardan əldə olunması təmin edilir. Biletim.az portalında 51 məntəqəyə 82 istiqamət üzrə bilet almaq mümkündür.
Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə fasiləsiz hərəkət təmin ediləcək, hərəkət qrafiklərinə ciddi nəzarət olunacaq, xətlərə əlavə avtobuslar buraxılacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.