EN

Bu il nə qədər abituriyent bəstəkar və dirijor olmaq istəyir? – Rəsmi AÇIQLAMA

Bildiyimiz kimi, universitetlərə qəbul təkcə test üsulu yox, həm də qabiliyyət tələb edən ixtisaslara qabiliyyət imtahanından keçməklə aparılır.

Bu il də qabiliyyət imtahanlarına iyunun 20-dən start verilib və imtahanlar avqust ayının ortalarına qədər davam edəcək.

Hər il qabiliyyət tələb edən ixtisaslardan, xüsusilə, dirijor və bəstəkarlıq ixtisasına yiyələnmək istəyənlərin sayı müzakirə olunur. Ötən il bəstəkar Cavanşir Quliyev müsahibələrinin birində Konservatoriyanın bəstəkarlıq fakültəsinə daxil olmaq üçün cəmi bir nəfərin müraciət etdiyini deyib.

Bəs maraqlıdır ki, bu il nə qədər abituriyent bəstəkar və dirijor olmaq istəyir?

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən (DİM) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, musiqi istiqaməti üzrə 36 komissiya üzrə 3060 nəfərin imtahan verməsi nəzərdə tutulur.

Konkret ixtisaslarla bağlı məlumat isə hələlik açıqlanmır:

“Hazırda müsabiqə vəziyyəti olduğu üçün indiki halda konkret ixtisaslara müraciət gizli saxlanılır. Çünki bu həmin ixtisasları seçmək istəyənlərin fikrinə təsir edə bilər”.

Qeyd edilib ki, 2025/2026-cı tədris ili üçün qabiliyyət imtahanlarında iştirak etmək üçün ali təhsil müəssisələrinin V ixtisas qrupuna aid ixtisaslar üzrə 29197, tam (11 illik) orta təhsil bazasından orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün 4600, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə 3981 olmaqla, ümumillikdə 36778 nəfər qeydiyyatdan keçib.

Xatırladaq ki, musiqi sənəti istiqaməti üzrə imtahanlara iyulun 1-dən start veriləcək.

Günay Şahmar, Bizim.Media

Chosen
4
21
bizim.media

10Sources