EN

Azərbaycan nümayəndə heyəti Almaniyada müxtəlif dini konfessiyaların nümayəndələri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri RaminMəmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 24-də AlmaniyaMüsəlmanları Mərkəzi Şurasının sədri Abdassamad El-Yezidi iləgörüşüb.

Trend xəbər verir ki, komitə sədri Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə milli-mənəvi,multikultural dəyərlərin qorunub saxlanılması, dini etiqadazadlığının təmin edilməsi sahəsində görülən işlərdən danışıb.

Azərbaycanın dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsi,dinlərarası dialoqun inkişaf etdirilməsi, ümumbəşəri dəyərlərintəşviqi, islamofobiya, ksenofobiya kimi qlobal xarakterliproblemlərin həllinə yönəlmiş təşəbbüsləri haqqında məlumat verib.Ölkəmizin islam həmrəyliyi ideyalarının təbliği sahəsindəkitəcrübəsinə diqqət çəkib.

Almaniya Müsəlmanları Mərkəzi Şurasının sədri AbdassamadEl-Yezidi bildirib ki, islamofobiya meyillərinin artması, İslamıgözdən salmaq cəhdləri həmrəyliyin və birliyinmöhkəmləndirilməsini, qarşılıqlı dəstəyin göstərilməsini labüdedir. O, bu mənada Azərbaycanın sərgilədiyi mövqeyi yüksəkqiymətləndirdiyini bildirib.

Almaniya Yəhudiləri Mərkəzi Şurasının icraçı direktoru DanielBotmanla görüşdə isə dünyada tolerantlığı, dinlərarası dialoqudəstəkləyən və bu prosesdə aktiv iştirak edən Azərbaycanın hazırdadinlər və mədəniyyətlərarası dialoqun təşviqindəki mühüm rolundan,Bakının adı çəkilən mövzularda beynəlxalq konfrans və forumlara evsahibliyi etməsinin əhəmiyyətindən bəhs edilib. Əlaqələrimizingenişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin vəgörüşlərin önəmi qeyd olunub.

Azərbaycan nümayəndə heyəti, eyni zamanda Almaniyadakı SüryaniOrtodoks Mor Yaqub Dasruq Kilsəsini ziyarət edib. Ziyarət zamanınümayəndə heyətinin üzvlərinə kilsənin tarixi barədə məlumatverilib. Dövlət Komitəsinin sədri ölkəmizdə dini, mədəni və tarixiabidələrə göstərilən dövlət qayğısından danışıb. Azərbaycanda dinimüxtəlif konfessiyalara aid dini ibadət yerlərinin qorunubsaxlanılması, təmir və bərpası istiqamətində ardıcıl tədbirlərhəyata keçirildiyini diqqətə çatdırıb.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Chosen
1
40
az.trend.az

10Sources