EN

Peşə təhsilinə cəlb edilmiş məhkumlar ödənişli fəaliyyətə cəlb olunacaq » AzadMedia.az


Peşə təhsilinə cəlb edilmiş məhkumların cəzaçəkmə müəssisələrində ödənişli fəaliyyətə cəlb edilməsi üzrə mexanizm hazırlanacaq.

Bu barədə Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planında qeyd olunub.

Plana əsasən, peşə təhsilinə cəlb edilmiş məhkumların əmək bazarına çıxışını təmin edən müvafiq informasiya sistemi yaradılacaq. Məhkumlar xidmətlərini və istehsal etdikləri məhsulları burada təqdim edə biləcəklər.
Chosen
13
6
azadmedia.az

7Sources