"Araz-Naxçıvan"ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Aris”lə (Yunanıstan) matçlarının başlama saatı açıqlanıb.
QOL.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İlk görüş iulun 24-də, "Liv Bona Dea Arena"da oynanılacaq. Matç saat 20:00-da başlayacaq.
Bu komandaların bir həftə sonra – iyulun 31-də Saloniki şəhərində üz-üzə gələcklər. Həmin qarşılaşma isə Bakı vaxtı ilə 22:15-də start götürəcək.