
New York Post (NYP) xəbər verir ki, Fransada keçirilən ölkə miqyaslı küçə musiqisi festivalında təxminən 150 nəfər, çoxu yeniyetmə qızlar olmaqla, naməlum iynələrlə hücuma məruz qalıb. Bu insidentlə bağlı hüquq-mühafizə orqanları onlarla şübhəlini saxlayıb, onlardan dördü Fransanın qərbində yerləşən Angulemdəndir və təxminən 50 insidentdə iştirak etdikləri güman edilir.Bir neçə qurban naməlum maddə vurulduqdan sonra xəstəxanaya yerləşdirilib. Məlumata görə, hücumçular iynələrlə insanlara dərman vura bilərdilər ki, bu da onların müqavimət göstərməsinə mane olur.Fransanın müxtəlif regionlarından polisə 145 iynələmə şikayəti daxil olub, onlardan 20-dən çoxu Paris və İldə-Frans regionundandır. Hətta üç nəfər — 15 yaşlı qız, 18 yaşlı gənc və bir qadın — iynədən sonra özünü pis hiss etdiyini bildirib.Festival müddətində 300-dən çox adam həbs olunub. Franceinfo-nun məlumatına görə, 13 polis əməkdaşı da xəsarət alıb.Paris prokurorluğu bildirib ki, festival zamanı “cinsi təcavüzlər, bıçaqlı hücumlar, polislərə əşyalar atılması” kimi hallar davamlı baş verir.Le Parisien-in məlumatına görə, tədbirdən əvvəl sosial şəbəkələrdə “qadınlara iynə vurmaq” çağırışları yayılıb və qurbanların zorakılıq və təcavüz barədə məlumat verməsi üçün tətbiqlərin yüklənmə sayı artıb.Ulusum.az
Diqqət Çəkənlər
Ümidverici xəbər: aktyor Vüsal Murtuzəliyev reanimasiyadan çıxıb
Əgər Tramp İranın nüvə obyektlərinə hücum etməsəydi...
Müge Anlının sirr kimi gizlətdiyi qızı məzun oldu - FOTO