AFFA İcraiyyə Komitəsinin bu gün baş tutan iclasında futzal üzrə A milli komandanın baş məşqçisi ilə bağlı məsələyə baxılıb.

Offsideplus.az xəbər verir ki, Azərbaycan Futzal Federasiyasının təqdimatına əsasən, Yevgeni Kukseviçin milli komandanın baş məşqçisi, Aleksey Kudlayın isə fiziki hazırlıq üzrə məşqçisi vəzifəsinə təyinatı təsdiqlənib. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Hər iki mütəxəssislə müqavilənin müddəti 1 il nəzərdə tutulub.