EN

Bəhruz Teymurov "Karvan"dan ayrıldı

Yeni mövsümdən Misli premyer-liqasında çıxış edəcək "Karvan"da daha bir ayrılıq baş verib.

"Football-plus.az" xəbər verir ki, Bəhruz Teymurovun müqaviləsi başa çatıb və o, komandadan ayrılıb.

Ötən ilin yayında "Karvan"a keçən 30 yaşlı yarımmüdafiəçi vurduğu 13 qolla komandasının bombardirlərindən olub.

Maraq üçün qeyd edək ki, Bəhruz karyerasını 2-ci liqa klubu "Xankəndi"də davam etdirəcək. Məlumatın tezliklə rəsmən açıqlanacağı gözlənilir.

Chosen
52
30
football-plus.az

10Sources