EN

Özbəkistan və Azərbaycan Xivada parlamentlərarası dialoqun yeni formatını işə salır

Daşkənd. Trend:

1-2 iyul tarixlərində Özbəkistanın tarixi Xivə şəhərində “Yeniüfüqlərin axtarışında: dialoqdan birgə fəaliyyətə” mövzusundaBirinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumukeçiriləcək.

Bu haqda TrendÖzbəkistan Respublikasının Oliy Məclisinin senatına istinadən xəbərverir.

Foruma Özbəkistan və Azərbaycan parlamentinin nümayəndələri, ocümlədən, hər iki ölkənin Gənclər Parlamentinin nümayəndə heyətləritoplanacaq.

Forumun əsas məqsədi parlamentlərarası əməkdaşlığındərinləşdirilməsi, qanunvericilik fəaliyyəti və parlament nəzarətisahəsində təcrübə mübadiləsi aparılması, eləcə də, iki ölkəarasında yüksək səviyyədə əldə olunmuş razılaşmalarıngerçəkləşdirilməsinə dəstək göstərilməsidir. Forum çərçivəsindəikitərəfli əməkdaşlığın genişləndirilməsi və prioritet sahələr üzrəsəylərin əlaqələndirilməsi perspektivləri müzakirə olunacaq.

Forumun yekununda Özbəkistan və Azərbaycan arasında stratejitərəfdaşlığın daha da möhkəmləndirilməsi məqsədilə hüquqi bazanıntəkmilləşdirilməsinə yönəlmiş yekun sənəd qəbul ediləcək. Bu sənədbirgə təşəbbüslərin həyata keçirilməsi, həmçinin, iqtisadiyyat,mədəniyyət, təhsil və təhlükəsizlik kimi sahələrdə əməkdaşlığıngenişləndirilməsi üçün əsas olacaq.

Məqalədə:
Chosen
39
50
az.trend.az

10Sources