EN

Rusiya Silahlı Qüvvələri Donetskdə yaşayış məntəqəsinə nəzarəti ələ keçirib

Rusiya hərbçiləri Donetskdə Yalta qəsəbəsinə nəzarəti ələ keçiriblər.

Qaziler.az bildirir ki, bu barədə iyunun 25-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Fəal və qətiyyətli hərəkətlər nəticəsində “Vostok” qüvvələr qrupunun bölmələri Yalta qəsəbəsinə nəzrəti ələ keçirib”, - deyə idarənin Teleqram kanalında qeyd olunub.

Müdafiə Nazirliyi əlavə edib ki, Rusiya Silahlı Qüvvələri Donetsk bir neçə bölgəsində iki mexanikləşdirilmiş briqadanın bölmələrini, bir hücum alayı, bir pilotsuz sistem alayı və Ukrayna Silahlı Qüvvələrinin dəniz piyada briqadasını məğlub edib. "Bu istiqamətdə düşmənin 190 hərbçisi, bir tankı, bir zirehli döyüş maşını, yeddi texnikası və üç artilleriya qurğusunu itirdiyi dəqiqləşdirilir", - məlumatda deyilir.

QAZİLER.AZ

 

Chosen
10
qaziler.az

1Sources