Tribuna portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Fəaliyyət Planı”nın əsas məqsədləri açıqlanıb.
Tribunainfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Fəaliyyət Planı”nda əksini tapıb.
Fəaliyyət Planının əsas məqsədləri aşağıdakılardır:
cəzaçəkmə müəssisələrində peşə təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılması;
cəzaçəkmə müəssisələrinin peşə təhsili ilə bağlı mövcud infrastrukturunun təkmilləşdirilməsi;
cəzaçəkmə müəssisələrində əmək bazarının tələblərinə uyğun yeni peşə təhsili infrastrukturunun formalaşdırılması;
cəzaçəkmə müəssisələrində peşə təhsilinə cəlb edilmiş və azadlığa buraxılmış şəxsləri işlə təmin etmiş sahibkarlar (işəgötürənlər) üçün dəstək mexanizminin formalaşdırılması;
cəzaçəkmə müəssisələrində peşə təhsili sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.