EN

Merz NATO da qərarları öz bilik və inancları əsasında qəbul etdiklərini bildirib

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Almaniya kansleri Fridrix Merz deyib ki, NATO-da qərarlar kiməsə yaxşılıq etmək üçün deyil, onların öz bilik və inanclarına əsaslanaraq verilir.

Bizimyol.info xəbər verir ki, Fridrix Merz Hollandiyanın Haaqa şəhərində keçirilən NATO Sammitinin son günü öncəsi mətbuata açıqlamalar verib.

Merz: "Açıq şəkildə qeyd etmək istərdim ki, biz heç kimə yaxşılıq etmək üçün qərarlar qəbul etmirik, biz bu qərarları öz məlumatımız və öz inancımızla veririk, çünki NATO-nun, xüsusilə də Avropa hissəsinin gələcək illərdə öz müdafiə qabiliyyətini təmin etmək üçün daha çox şey etməli olduğuna inanırıq", - deyib.

Merz, gələcəkdə NATO-ya daha yaxşı imkanlar təqdim etmək üçün birgə qərar verəcəklərini düşündüyünü bildirib: “Biz qərar verəcəyik ki, NATO gələcəkdə infrastrukturumuz və silahlı qüvvələrimiz üçün 3,5 faiz və 1,5 faiz əlavə vəsait ayıracaq. Bütün bunlar böyük konsensusla baş verəcək, çünki biz təhdid vəziyyətinin dəyişdiyi ilə razıyıq”, - deyə o bildirib.

Merz bu təhlükənin konkret olaraq Rusiyaya yönəldiyini vurğulayaraq, Rusiyanın təkcə Ukraynanı deyil, həm də Avropanın bütün sülh və siyasi nizamını təhdid etdiyini qeyd edib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
21
bizimyol.info

1Sources