EN

Stiv Uitkoff  ABŞ-ın İrana zərbələrlə bağlı məxfi məlumatların sızmasını “dövlətə xəyanət” adlandırıb

ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff İrana son zərbə ilə bağlı kəşfiyyat məlumatlarının sızmasına kəskin reaksiya verib. O, bunu “dövlətə xəyanət” adlandırıb və dərhal araşdırmaya çağırıb.

Herbiand.az bildirir ki, Uitkoff bu barədə Fox News-un efirində deyib.

O qeyd edib ki, bu, yolverilməzdir: “Bu, vətənə xəyanətdir və araşdırılmalıdır. Bunu kim edibsə, məsuliyyətə cəlb edilməlidir”.

Onun sözlərinə görə, zərərin qiymətləndirilməsi hesabatlarına əsasən, İranın vurulan hər üç nüvə obyekti tamamilə məhv edilib.

Kəşfiyyat məlumatlarının sızması Vaşinqtonda yeni alovlanma nöqtəsinə çevrilib və Trampın gələcək seçki mövqelərinə də təsir edə bilər.

Bəxtiyar CƏFƏRLİ

Chosen
1
herbiand.az

1Sources