EN

Peskov: Rusiya-Ukrayna danışıqlarının yeni raundunun tarixi razılaşmalar yerinə yetirildikdən sonra bilinəcək

Rusiya-Ukrayna danışıqlarının yeni raundunun tarixi iyunun 2-də İstanbulda əldə olunmuş humanitar razılaşmalar yerinə yetirildikdən sonra müəyyənləşəcək.

Operativ Media xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Sözçü qeyd edib. "Xeyr. Hazırda ikinci raundda əldə edilmiş humanitar xarakterli razılaşmaların icrası tamamlanır. Bundan sonra danışıqların davam etdirilməsi üçün tarixləri müəyyən etmək vaxtı gələcək".

 

1Sources