EN

“Bura nə Banqladeş, nə də Hindistandır” AQİL RƏHİMOV PİYADALARA QƏZƏBLƏNDİ VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Bakının küçə və prospektləri ilə hərəkət edən istənilən şəxs bir mənzərəyə mütləq rast gəlir: piyada keçidi cəmi 10-15 metr aralıda olsa da, insanlar avtomobillərin arasından, yolun ortasından keçməyə üstünlük verirlər. Bu sadəcə vərdiş deyil, həm də təhlükə, məsuliyyətsizlik və bir çox hallarda faciəyə gedən yolun başlanğıcıdır.

Halbuki şəhərin bir çox nöqtəsində yeraltı və yerüstü piyada keçidləri mövcuddur. “Zebra” çəkilib, işıqforlar quraşdırılıb. Amma nə fayda? Piyadalar ya tələsirlər, ya ərinirlər, ya da sadəcə "nə olacaq ki" deyərək, qaydaları pozurlar. Nəticədə, bir anlıq rahatlıq ehtiyacı onları həyatları ilə üz-üzə buraxa bilir.

Ən acınacaqlısı isə belə hallarda baş verən yol-nəqliyyat hadisələrində çox zaman ictimai rəy avtomatik olaraq sürücünü günahlandırır. Halbuki hüquqi və məntiqi baxımdan məsuliyyət daşıyan şəxs çox vaxt məhz qaydalara əməl etməyən piyadadır. Nəqliyyat vasitələri üçün qəfil qarşıya çıxan bir insan bəzən saniyələr içində sürücünü seçim qarşısında qoyur yəni ya qəza, ya da daha böyük faciə.

Belə hallar əsasən Bakının Nərimanov rayonunda baş verir. 

Qəza əleyhinə kursların məşqçi Aqil Rəhimov öz nəqliyyat vasitəsini idarə edərkən, avtomobilin videoregistratorla bu təhlükəli anları qeydə alıb. O, sosial şəbəkə hesabında görüntüləri paylaşaraq bildirib ki, belə hallarda sürücülər daha çox diqqətli olmalıdırlar:

"Bura nə Banqladeşdir, nə də Hindistan. Bakının Fətəli Xan Xoyski küçəsidir. Təəssüf ki, paytaxtın yüzlərlə küçəsində buna bənzər mənzərələrə rast gəlinir. Piyadalar piyada keçidi olmasına baxmayaraq, yoldan nizamsız şəkildə keçirlər və nəticədə həm öz həyatlarını, həm də sürücülərin təhlükəsizliyini riskə atırlar.

İnfrastruktur əlbəttə ki, vacibdir, lakin əsas məsələ insanların öz davranışındadır. Çox zaman baş verən yol-nəqliyyat hadisələrində məsuliyyət sürücünün üzərinə düşür. 10 hadisədən bəlkə də 7-8-i piyadaların qaydalara əməl etməməsi səbəbindən baş verir".

Aqil Rəhimov qeyd edib ki, piyadalara yol hərəkəti qaydalarını izah etmək, onlarda məsuliyyət hissini formalaşdırmaq vacibdir. 

"Unutmayaq ki, yol yalnız sürücülər üçün deyil, piyadalar üçün də qaydalarla idarə olunur. Qaydalara əməl edilmədiyi halda, nəticələr ağır və geri dönməz ola bilər".

Fidan

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
3
avtosfer.az

1Sources