EN

Qırmızı işıqda dayanmağa səbri çatmayan sürücü qaydaları belə pozdu VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Bakıda sürücünün yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu anlar kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə iyunun 6-da paytaxtın İnşaatçılar prospektində baş verib. Belə ki, svetoforun qırmızı işığında dayanan sürücü yolunu qısaltmaq məqsədilə qoşa xəttin üzərindən geriyə dönüb.

Qeyd edək ki, sürücü bu istiqamətə düzgün şəkildə getmək üçün cəmi 200-300 metr irəliləyərək geriyə dönmə yerindən istifadə edə bilərdi. Lakin o, vaxta bir neçə dəqiqə qənaət etmək üçün qaydaları pozmağı üstün tutub.

Fərid

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
10
avtosfer.az

1Sources