Gəncədə xəsarətlə nəticələnən ağır qol qəzası baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin Gülüstan qəsəbəsində Göygöl istiqamətinə hərəkətdə olan VAZ 2106 markalı minik maşını ilə “Hundai” markalı avtomobilin toqquşması zamanı 4 nəfərin müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya çatdırıldığı bildirlir.
Hadisə yerinə DYP-nın əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu