EN

Britaniya ABŞ-dən F-35A təyyarəsi alacaq

Böyük Britaniya ABŞ-dən 12 nüvə qabiliyyətli F-35A qırıcısı almağı və NATO-nun nüvə missiyasına qoşulmağı planlaşdırır.

Operativ Media xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Key Starmer məlumat verib.

Starmer qeyd edib: "Böyük Britaniya, əlbəttə ki, NATO-ya sadiq qalacaq. Alyans Britaniyanın təhlükəsizliyinin qorunmasına böyük töhfə verib. Lakin biz hamımız Avro-Atlantik məkanını gələcək nəsillər üçün qorumağa çalışmalıyıq".

Qeyd edək ki, F-35A, əsasən ABŞ-də Lockheed Martin tərəfindən istehsal edilən beşinci nəsil döyüş təyyarəsidir . Bu, planetin ən qabaqcıl və bahalı döyüş təyyarələrindən biridir.

Chosen
27
operativmedia.az

1Sources