EN

Maşını geriyə vermək üçün yoldan keçəndən kömək istədi və qəza… VİDEO

ain.az, Avtosfer saytına istinadən bildirir.

Türkiyənin Kocaeli şəhərinin Darıca rayonunda qadın sürücünün səbəb olduğu maraqlı hadisə sosial şəbəkədə müzakirələrə səbəb olub.

Avtosfer.az xəbər verir ki, avtomobili parkladığı ərazidən çıxarmaq istəyən qadın sürücü ətrafdakı şəxslərdən birindən kömək istəyib. Lakin o, manevr zamanı nəqliyyat vasitəsinə düzgün nəzarət edə bilməyib və arxasında yerləşən evin daş divarına çırpılıb. Güclü zərbə nəticəsində evin hasarı dağılıb, avtomobil isə zərər görüb.

Hadisə zamanı xəsarət alan olmasa da, qəza həm ətrafdakı sakinləri, həm də hadisəyə şahid olanları təəccübləndirib. Bu hadisə bir daha sübut edir ki, xüsusilə dar və məhdud manevr sahələrində avtomobil idarə edən sürücülər daha diqqətli olmalı və əgər lazımdırsa, peşəkar yardım almalıdırlar.

Eltac Zülfüqaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
12
avtosfer.az

1Sources