EN

Gündə bir dəfə yeməklə arıqlamaq olmaz - Səhiyyə Nazirliyinin rəsmisi

Yay aylarında 60 yaşa yaxın və ondan yuxarı yaş qrupuna aid şəxslər arasında qidalanma ilə bağlı problemlər daha çox müşahidə olunur. Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov bildirib. 

“Qarşıdan gələn bayram və tətil günlərində qeyri-nizamlı və həddindən artıq qida qəbulu halları artır. Bu, şişkinlik, kökəlmə, qəbizlik, qaraciyər və mədəaltı vəz yağlanması, eləcə də şəkər və xolesterin səviyyəsində yüksəlməyə səbəb ola bilər,” – Məmmədov qeyd edib.

O, gün ərzində yalnız bir dəfə yeməyin sağlamlıq baxımından yanlış olduğunu vurğulayıb.

 “Gündə bir dəfə yeməklə arıqlamaq və ya sağlam qalmaq fikri yanlışdır. Xroniki xəstəliyi olmayan, aktiv həyat tərzi keçirən insanlar üçün gündə 3 əsas yemək kifayət edir.” - o bildirib. 

Məmmədov yay aylarında rasiona daha çox meyvə, tərəvəz, süd məhsulları və bol su daxil etməyi tövsiyə edib.

“Havanın isti olması səbəbindən orqanizm maye və yüngül qidalar tələb edir. Bu dövrdə ağır yeməklər həzm pozğunluqlarına və narahatlığa səbəb ola bilər,” –  həkim bildirib.

Gülnar 

Chosen
24
1
anews.az

2Sources